Azərbaycan əhalisi yeyib-içməyə nə qədər pul xərcləyir? - STATİSTİKA

Azərbaycan əhalisi yeyib-içməyə nə qədər pul xərcləyir? - STATİSTİKA

Azərbaycan əhalisinin yeyib-içməyə (ictimai iaşə dövriyyəsi) xərclədiyi vəsait 2024-cü ilin sentyabr ayında əvvəlki ilin eyni ayına nisbətən 21 faiz artıb.

 

Sfera.az xəbər verir ki, bu, cari ilin rekord göstəricisidir. 2024-cü ilin geridə qalan 9 ayı ərzində isə orta hesabla ictimai iaşə dövriyyəsi 10 faiz artıb.

 

Əhali sentyabrda yeyib-içməyə 211,5 milyon manat, ilk 9 ayda 1 milyard 668 milyon manat xərcləyib.

 

Əvvəlki ilin ilk 9 ayı ilə müqayisədə xərclənən vəsaitin məbləğində 184 milyon manat artım qeydə alınıb. Müqayisə göstərir ki, əhali sentyabrda hər gün yeyib-içməyə 7 milyon manat, ilk doqquz ayda isə hər gün 6,1 milyon manat xərcləyib.

 

Vasif

 

 

 


OXŞAR XƏBƏRLƏR