"ABŞ Ukraynanın yanında olmağa davam edəcək" - Lloyd Ostin

Dünya
13:18 / 21.10.2024
3795
ABŞ-nin müdafiə naziri Lloyd Ceyms Ostin rəsmi danışıqlar aparmaq üçün Ukraynaya gedib.
Sfera.az bildirir ki, Ostin Kiyev Qatar Vağzalında çəkilmiş şəklini sosial media hesabında paylaşıb. “Bu səfər ABŞ-nin beynəlxalq ictimaiyyətlə birlikdə Ukraynanın yanında olmağa davam edəcəyini göstərir”, - o qeyd edib.
ABŞ Müdafiə Nazirliyinin verdiyi açıqlamada Ostinin Kiyevə səfəri çərçivəsində Ukrayna hökumətinin rəsmiləri ilə görüşəcəyi bildirilib. “Nazir ABŞ-nin Ukraynaya döyüş meydanında Rusiyanın təcavüzündən müdafiəsi üçün lazım olan təhlükəsizlik yardımı göstərmək öhdəliyini vurğulayacaq”, bəyanatda bildirilib.
Ostin 2022-ci ilin aprelindən bəri 50-yə yaxın ölkənin Ukraynaya yardımda iştirak etdiyini açıqlayıb.
Günay