COP29-da iştirak etmək üçün 3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

COP29-da iştirak etmək üçün 3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Bu günə qədər 3 minə yaxın jurnalist gələn ay Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün qeydiyyatdan keçib.

 

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf Bakıda keçirilən "ESG hesabatlarının anlaşılması və təhlili ekoloji, sosial və korporativ idarəetmə" mövzusunda seminar çərçivəsində bildirib.

 

Onun sözlərinə görə, bunlar arasında həm yerli, həm də xarici media nümayəndələri var.

 

"COP29 həm yerli, həm də beynəlxalq medianın diqqət mərkəzindədir. Bu gün BMT-nin "mavi zona" üzrə akkreditasiyası tamamlanır. COP sədrliyi bir müddət əvvəl "yaşıl zona" üçün medianın akkreditasiyasına başlayıb. Bu da oktyabrın sonunda tamamlanacaq", - deyə A.Nəcəf əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın Ermənistana təsir imkanları azalır - Lavrovun səfəri nəyi dəyişəcək?

Rusiya xarici işlər naziri Sergey Lavrov yaxın günlərdə Ermənistana səfər etməyə hazırlaşır. Səfərin məqsədi kimi İrəvanın son dövrlərdə Qərbə doğru artan meyil...

İlham Əliyev: Bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb

Hazırda bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb.   Sfera.az-ın  məlumatına görə, bu barədə Azərbaycan Prezide...

Beynəlxalq axtarışa verilmiş 4 şəxs Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilib.   Bu barədə Sfera.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verili...

“Ya Rusiya dəyişəcək, ya dünya” - Zelenskidən qələbə mesajı

Ukrayna Prezidenti Volodimir Zelenski İkinci Dünya müharibəsində nasist Almaniyası üzərində əldə edilən qələbənin 80-ci ildönümü ilə bağlı xalqına müraciət yayı...

Vyetnam liderinin Azərbaycana səfəri başa çatdı – FOTO

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfəri mayın 8-də başa çatıb. ...

Eyyub Brilliantla belə rəqs etdi – VİDEO

Xalq artisti Eyyub Yaqubov 60 illik yubileyini qeyd edib.   Sfera.az xəbər verir ki, bu barədə tanınmış müğənnilər paylaşım edib.   B...