Son 9 ayda qeyri-neft ixracatında vəziyyət necə dəyişib? - AÇIQLAMA

Son 9 ayda qeyri-neft ixracatında vəziyyət necə dəyişib? - AÇIQLAMA

Yanvar-sentyabr aylarında qeyri-neft ixracatında artım qeydə alınıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən deputat, iqtisadçı Vüqar Bayramov deyib ki, bu göstərici 2024-cü ilin əvvəlindən qeydə alınan aylıq və dövrü azalmadan sonra ilkdir. O xatırladıb ki, bu müddətdə qeyri-neft ixracatının həcmi 1.3 faiz artaraq 2.5 milyard dollar olub:

 

“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, həmin müddətdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8% artaraq 755,4 milyon dollar olub. Qeyd edim ki, əvvəlki dövrlərdə qeydə alınan azalma elektrik enerjisi, spirtli və spirtsiz içkilərin ixracatının həcmi ilə bağlı idi. Bu ilin 9 ayındakı artıma mövsümü faktorlar ilə yanaşı aqrar məhsulların ixacatının çoxalması də təsir göstərib. Bütün bunlarla yanaşı, yenə də qeyri-neft ixracat bazarlarının şaxələndirilməsi prioritet olaraq qalır”.

 

V.Bayramov bildirdi ki, daha çox məhsul ixrac etdiyimiz bazarlarda alıcılıq qabiliyyəti və milli valyutaların məzənnələri də ixrac dövriyyəsinə təsir göstərir:

 

“Qeyri neft-qaz məhsulları ixracatımızın yarıdan çoxu iki ölkənin payına düşür. Neftsiz ixracatın 34.5 faizi Rusiya, 18.1 faizi isə Türkiyəyə yönəlib. Yeni bazarlara, xüsusən Avropa İttifaqı və körfəz ölkələrinə daha çox qeyri-neft məhsullarının satışı enerjisiz ixrac dövriyyəsinin dayanıqlılığı baxımından da vacibdir”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR