Tanınmış fitnes zalının sahibi bıçaqlandı - VƏZİYYƏTİ AÇIQLANDI

Tanınmış fitnes zalının sahibi bıçaqlandı - VƏZİYYƏTİ AÇIQLANDI

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, hadisə Ağ Şəhər Yaşıl ada küçəsində yerləşən “Pubar” iaşə obyektində qeydə alınıb.

 

Belə ki, 1994-cü il təvəllüdlü İsmayılov Fərid Vahid oğlu sözügedən obyektdə idman dərsi keçdiyi tələbəsinin döyüldüyü üçün qarşı tərəfə iradını bildirib.

 

Hələlik naməlum şəxs F.İsmayılovun əvvəlcə başına şüşə butulkanı çırpıb. Daha sonra bıçaqla ona xəsarət yetirilib. Ağır xəsarətlər alan F.İsmayılov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Xəstə yerləşdirildiyi tibb müəssisəsində əməliyyat edilib. Həkimlər onun vəziyyətini stabil olaraq qiymətləndirirlər.

 

Qeyd edək ki, Fərid İsmayılov uzun müddətdir ki, müxtəlif idman zallarında idman təlimçisi kimi işləyir. Nərimanov rayonunda onun özünə məxsus “Lux” idman zalı var.

 

***

DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır: “Əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Əlavə məlumat veriləcək”. (Apa)


OXŞAR XƏBƏRLƏR

Füzulidə yük maşını evakuatorla toqquşdu – VİDEO

Füzulidə yük maşını evakuatorla toqquşub.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Alıxanlı kəndində qeydə...

"Fiziki gücüm olmasa da, Fatmaya görə bunu edəcəyəm"

Xalq artisti Afaq Bəşirqızı bir müddət əvvəl insult keçirən həmkarı Fatma Mahmudovaya dəstək olub.   Sfera.az xəbər verir ki, aktrisa "Qonaqcanl...

Türkiyəli müğənni Bakıdakı konsertini ləğv etdi

Bu gün Bakıdakı restoranlardan birində səhnəyə çıxmalı olan türkiyəli müğənni Rza Tamer bundan imtina edib.   Sfera.az xəbər verir ki, bu barədə sosi...

Emin Əmrullayev Fuad Muradovun qayınanası ilə bağlı araşdırma başlatdı

Paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyevanın müəllimlərə qarşı uyğunsuz davranışı və səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsi...

“Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarının hakimləri bəlli oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə keçirəcəyi hər iki oyuna hakim...

Lider olmaq üçün doğulan 5 bürc - Siyahıda siz də varsınız?

Bəzi insanlar sanki doğulduqları andan etibarən liderliyə uyğundurlar. Astroloqlar digər bürclərə nisbətən daha çox ilhamverici lider, komandalarda hörmətli fiq...