Putin COP29 tədbirində niyə iştirak etməyəcək? - AÇIQLAMA

Putin COP29 tədbirində niyə iştirak etməyəcək? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin noyabrda Bakıda keçiriləcək COP29 tədbirində iştirak etməyəcək. Bu barədə məlumatı Azərbaycan hökumətindəki mənbələrə istinadən “BBC Azərbaycanca” yayıb. Bildirilib ki, Rusiyadan sözügedən tədbirə Baş nazir Mixail Mişustin qatılacaq.

 

Bəs Putinin Azərbaycana səfər etməməsinin əsas səbəbi nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Putin COP29 tədbirində iştirak etməməklə doğru qərar verib.Onun sözlərinə görə, Kreml sahibi Bakıda tədbirin işinə zərər vurmaq istəməyib:

 

“Putin Bakıdakı tədbirə qatılsa, Azərbaycan paytaxtındakı tədbirə qatılmağı planlaşdıran bir çox ölkənin lideri, rəsmisi və diplomatı toplantıda iştirakdan imtina edəcəkdi. Bununla tədbir gözlənilən effekti verməyəcəkdi. Məsələ burasındadır ki, Ukraynaya qarşı işğalçı müharibəyə görə, Qərb ölkələrinin liderləri nəinki Putinlə əl verib görüşmək, onunla bir masada oturmaq istəmirlər. Putin bütün bunları doğru hesabladığına görə, Bakıdakı tədbirə Baş nazirini göndərəcək”. 

 

“Putin avqustun əvvəlində Bakıda olub, Prezident İlham Əliyevlə müxtəlif mövzuları müzakirə edib. Azərbaycan prezidenti bir neçə gün əvvəl Müstəqil Dövlətlər Birliyi çərçivəsində Moskvada ikinci dəfə Putinlə görüşüb. Üçüncü görüş bu ay BRİKS toplantısı çərçivəsində Kazanda olacaq. Putin düşünüb ki, bu onun üçün yetərlidir”, - E.Şahinoğlu əlavə edib.

 

Qeyd edək ki, COP29 tədbirində 100-dən çox lider iştirak edəcək. Oktyabrın ortalarına olan məlumata görə, tədbirdə 61 prezident, 38 Baş nazir və 2 vəliəhd iştirak edəcək.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Ya Rusiya dəyişəcək, ya dünya” - Zelenskidən qələbə mesajı

Ukrayna Prezidenti Volodimir Zelenski İkinci Dünya müharibəsində nasist Almaniyası üzərində əldə edilən qələbənin 80-ci ildönümü ilə bağlı xalqına müraciət yayı...

Vyetnam liderinin Azərbaycana səfəri başa çatdı – FOTO

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfəri mayın 8-də başa çatıb. ...

Eyyub Brilliantla belə rəqs etdi – VİDEO

Xalq artisti Eyyub Yaqubov 60 illik yubileyini qeyd edib.   Sfera.az xəbər verir ki, bu barədə tanınmış müğənnilər paylaşım edib.   B...

27 yaşlı kişi hündürlükdən yıxılaraq öldü

Gəncə şəhərində 27 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində tikilməkdə olan restoranlardan bir...

Əli Əsədov Vyetnam baş katibi ilə görüşdü

Baş nazir Əli Əsədov Azərbaycanda dövlət səfərində olan Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin (VKP MK) Baş katibi To Lam ilə görüşüb.   ...

ABŞ-nin Rusiya ilə bağlı siyasəti dəyişir: "Moskva daha çətin vəziyyətə düşəcək”

Ukrayna silahlı qüvvələri son bir neçə gündür ki, cəbhədə atəşkəs rejiminə əməl edir. Bunun hansı səbəbdən olduğu açıqlanmasa da hərbi mənbələr atəşkəs göstəriş...