İcra başçısı cərimələri ödəmir

İcra başçısı cərimələri ödəmir
 
Azərbaycanda yol-hərəkəti qaydalarını pozan məmurların cəzalandırılması müşkül məsələyə çevrilib 

Buna səbəb isə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti əməkdaşlarının həmin məmurların, onların övladlarının sükanı arxasında olduqları avtomobilləri dayandıra bilməməsi, yaxud da dayandırarkən cəzalandırmamasıdır.

Bununla belə magistral yollarda və şəhərdaxili küçələrdəki müşahidə kameraları hər kəsin törətdiyi xətanı qeydə alır. Yazılan protokollar avtomobil sahibinin qeydiyyatda olduğu ünvana göndərilsə də lakin onlar cərimə ödəməkdən boyun qaçırır.

BDYPİ-nin adının çəkilməsini istəməyən əməkdaşlarından birinin gununsesi.info-ya verdiyi xəbərə görə, yol hərəkəti qaydasını pozan məmurlardan biri də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdir. Bu şəxsin nə az, nə də çox, düz, 57 radarı var. Ancaq cərimələri ödəməkdən imtina edir.

İcra başçısınıa məxsus 20 AA100 dövlət nömrə nişanlı "Lexus”u Gəncənin bir çox prospektlərində, həmçinin, Gəncə-Bakı magistralında 57 dəfə radara düşüb. Bu təkcə icra başçısına məxsus avtomobilin cari ildə törətdiyi inzibati xətadır.


OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...