Azərbaycan neftinin qiyməti 73 dollara düşdü
İqtisadiyyat
10:13 / 19.10.2024
4074
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb.
Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,87 ABŞ dolları və ya 2,5% azalaraq 73,26 dollarına bərabər olub.
Qeyd edək ki, ötən gün Azərbaycan nefti 75,13 dollara ticarət edilib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.