Azərbaycanda internet niyə iflic olub?

Azərbaycanda internet niyə iflic olub?

 

Son günlərdə Azərbaycanda internetin keyfiyyəti hiss olunacaq dərəcədə pisliyə doğru dəyişib. Həmçinin bəzi milli internet resurslara girişlə bağlı problemlər yaranıb. Son bir neçə gündə isə hətta İT sahəsindən yazan bloqçular, biznes, elm - təhsil yönümlü sayt sahibləri bəzi provayderlər üzərindən resursların açılmasında problemlərlə üzləşdiyini bildirirlər. Həmçinin sosial mediada mərc oyunları ilə bağlı bəzi beynəlxalq resurslara girşlərdə məhdudiyyətlərin olması ilə bağlı müzakirələr gedir. Görünən budur ki, bütün bu məhdudiyyətlər pərakəndə halda baş verir. Bəzi resurslar bir neçə provayderlərdə normal işləyir, digərlərində isə giriş bloklanıb.

Milli.Az xəbər verir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

AİF prezidentinin fikrincə, müvafiq dövlət qurumları bununla bağlı rəsmi açıqlama verməlidir: "AİF olaraq biz qanunvericiliklə məhdudlaşdırılması vacib olan resursların ola biləcəyini istisna etmirik. Amma bütün bunlarla bağlı rəsmi açıqlamaların verilməsi, ayrı-seçkiliklərin olmaması, məhdudlaşdırmaların hüquqi əsaslarının göstərilməsi çox vacibdir. Düşünürük ki, bu kimi addımlar sonda həm Azərbaycanın beynəlxalq imici, Azərbaycan internetinin azadlığı, eləcə də ölkədə rəqəmsal sahibkarlığın, internet biznesin inkişafı üçün ciddi problemlər yarada bilər. Həmçinin bu cür pərakəndə formada bloklama, rəsmi yanaşmaların olmaması sonda milyonlarla vəsait xərclənərək qurulan Regional Data Mərkəzdən qlobal resursların da istifadəsində ciddi problemlər yarada bilər. Ümid edirik ki rəsmi qurumlar bununla bağlı açıqlamalar verəcəklər".

 


OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...