ABB daşınmaz əmlak bazarı ilə bağlı daha bir araşdırma yaydı!

ABB daşınmaz əmlak bazarı ilə bağlı daha bir araşdırma yaydı!

ABB “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı yeni-araşdırma hesabatını təqdim edib.

 

Sfera.az xəbər verir ki, araşdırmaya əsasən, son dövrlər paytaxtın daşınmaz əmlak bazarında əhəmiyyətli dəyişikliklər baş verir. Müxtəlif amillərin təsiri ilə mənzil qiymətlərində davamlı artım müşahidə edilməkdədir. İlkin və təkrar mənzil bazarlarının ənənəvi artım dinamikasında da müəyyən dəyişikliklər var.

 

Mənzil qiymətlərinin bahalaşması yaşayış sahələrinin ölçülərinə tələbi dəyişir. Son dövrlər bazarda müşahidə edilən müəyyən durğunluq bəzi ərazilərdə torpaq sahələrinin qiymətini azaldıb. İcarə bazarında isə yaşayış sahələrinin qiymətləri davamlı artmaqdadır. ABB-nin yaydığı araşdırmada başqa mühüm meylləri də izləmək mümkündür.

 

Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib.

 

Belə ki, Bank bu il “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili”, “Azərbaycan üzrə pərakəndə ticarət sektorunun təhlili: trendlər və nəticələr”, “Rəqəmlərlə turizm: Azərbaycan turizm sektorunun statistik mənzərəsi”, “Avtomobil bazarına baxış: qlobal trendlər və Azərbaycan” adlı hesabatlarını bölüşüb.

 

Hesabatlarla buradan tanış ola bilərsiniz.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR