“Nokia”dan sensasiyalı telefon GƏLİR - FOTO
15:54 / 28.12.2016
8567
"Nokia” yeni telefonla bazara qayıdır. 2007-ci ildən yanlış seçimlərinə görə mobil bazarda liderliyini itirdi. Baxmayaraq ki, 10 il əvvəl onun smartfon bazarına girmək üçün əla şansı var idi. Bütün səthi sensor olan "Nokia" Aeon modeli ilə uğur qazana bilərdi. Lakin nədənsə, "Nokia" geri çəkildi. Bu gün isə android, iPhonların bolluğunun yaşandığı dövrdə Nokia yenidən bazara qayıtmaq istəyir. Şirkətin bazara çıxaracağı yeni telefon mahiyyət etibarı ilə köhnənin oxşarıdır. Lakin şirkətin nə üçün 10 il fasilə verməsi və yüz qat daha ucuz qiymətə smartfon satışa çıxartmasının səbəbi bilinmir. İndi hər kəs Nokianın yeni telefonunu gözləyir.

