44 İŞİD-çı məhv edildi
Dünya
15:40 / 28.12.2016
1638
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında yerləşən Əl-Bab bölgəsində keçirdiyi "Fırat kalkanı” ("Fərat qalxanı”) anti-terror əməliyyatı nəticəsində 44 İŞİD-çi zərərsizləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, əməliyyatlarda 117 terrorçu yaralanıb, onlara aid bir bombalı maşın məhv edilib. Toqquşmalarda 7 müxalifətçi yaralanıb.
Əməliyyatlarda İŞİD-in 154 hədəfi məhv edilib, 2 min 392 əl istehsalı partlayıcı və 42 mina zərərsizləşdirilib.