"Bəziləri Ermənistan kimi başqa dövlətlərin maraqlarına xidmət edir" - Deputat
Siyasət
12:04 / 18.10.2024
5536
“Dünyadakı dövlətlərin əksəriyyəti müstəqil adlansa da, elə deyil. Bəziləri Ermənistan kimi başqa dövlətlərin maraqlarına xidmət edir”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 18 oktyabr 2024-cü il tarixli iclasında deputat Siyavuş Novruzov deyib.
“Azərbaycan müstəqil siyasət aparan dövlətlərdəndir. Əvvəllər Azərbaycanı Heydər Əliyev və neftlə tanıyırdılar. İndi isə ölkəmizi İlham Əliyevin adı ilə tanıyırlar və bilirlər ki, Azərbaycanda sülh və əmin-amanlıq var”, - millət vəkili bildirib.
Firuzə Əliyeva