"Proses sülh müqaviləsinin bağlanmasından sonrakı mərhələyə saxlanılıb" - Politoloq

"Proses sülh müqaviləsinin bağlanmasından sonrakı mərhələyə saxlanılıb" - Politoloq

“Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər sülh müqaviləsindən çıxarılıb”.

 

Bunu Sfera.az-a politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd etdi ki, sözügedən məsələ sonrakı mərhələyə saxlanılıb. 

 

“Yəni sülh müqaviləsi bağlandıqdan sonra tərəflər bununla bağlı razılaşma əldə edəcəklər. Hazırda prosesi gündəliyə çıxaran Rusiya tərəfidir. Bununla bağlı Rusiya və Ermənistan arasında siyasi polemika davam edir. Nikol Paşinyan Rusiyanın bu yola nəzarət etməsində maraqlı deyil”.

 

Politoloq bildirdi ki, bunlara baxmayaraq, yekunda Zəngəzur dəhlizi açılacaq:

 

“Bu yola iki dövlət nəzarət edəcək. Proses sülh müqaviləsinin bağlanmasından sonrakı mərhələyə saxlanılıb. Müzakirə edilən əsas problem sülh müqaviləsinin bir neçə bəndinin İrəvan tərəfindən qəbul edilməsidir. Bununla da yekun sülh müqaviləsi bağlana bilər”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR