"İlham Əliyevin sülh siyasəti hər zaman uğur qazanacaq" - Əli Əhmədov

"İlham Əliyevin sülh siyasəti hər zaman uğur qazanacaq" - Əli Əhmədov

"İlham Əliyevin müdrik siyasəti nəticəsində qazandığımız qələbə bəzi qüvvələrin Azərbaycanı gözü götürməməsinə səbəb olub". 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 18 oktyabr 2024-cü il tarixli iclasında parlament sədrinin birinci müavini Əli Əhmədov deyib.

 

“Azərbaycana qarşı müxtəlif təzyiqlər var. Biz də bunu hər an müşahidə edirik. Bütün bunlar Azərbaycana qarşı problemlər yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətini birləşdirir, xarici təhdidlərə qarşı immunitetini gücləndirir. Bu gün Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Dünyada iki cür dövlət var: özünü müharibə partiyası və sülh partiyası kimi aparanlar. Azərbaycan sülh tərəfdarıdır. İlham Əliyevin sülh siyasəti hər zaman uğur qazanacaq”, - Ə.Əhmədov bildirib.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR