Milli Məclis İlham Əliyevə və Mehriban Əliyevaya TƏBRİK ÜNVANLADI
Son 100 illikdə ölkəmiz iki dəfə müstəqillik yaşayıb.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 18 oktyabr 2024-cü il tarixli iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
“1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, təəssüf ki, xalqımızın əsrin əvvəllərində qurduğu dövlət 23 ay mövcud oldu. Sonradan 1991-ci ilin 18 oktyabrında müstəqilliyimiz bərpa olundu. Bu dövr ərzində Prezident İlham Əliyevin daxili və xarici siyasəti ölkəmizi zirvələrə yüksəldib“, - sədr bildirib.
S.Qafarova 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbacyan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik ünvanlanmasını təklif edib. Deputatlar alqışlarla bu təklifi dəstəkləyiblər.
Firuzə Əliyeva