Aparıcının bu sualı Kamala Harrisi əsəbiləşdirdi - VİDEO
Demokratlar partiyasının namizədi Kamala Harrisin son açıqlaması diqqət çəkib.
Sfera.az bildirir ki, o, “Fox News” kanalına müsahibə verib. Harris burada prezidentliyinin Co Bayden dövrünün davamı olmayacağını iddia edib.
ABŞ-nin vitse prezidenti Kamala Harris verilişdə çətin anlar yaşayıb. Onun bəzən əsəbiləşdiyi və hətta səsini ucaltdığı görünüb. Aparıcı Brett Baierin “ABŞ ictimaiyyətinin 79 faizi ölkənin yanlış yolda olduğunu düşünür” sualını cavablandıran Harris buna görə hazırkı administrasiyanın məsuliyyət daşıdığını qəbul etməyib.
Həmçinin Baier və Harris tez-tez bir-birinin sözünü kəsiblər, müsahibənin 27-ci dəqiqəsində isə aparıcı demokrat namizədin komandasının ona “bitir” deyə təzyiq etdiyini və müsahibəni yekunlaşdırdığını vurğulayıb.
Günay