Rusiyadan miqrantlarla bağlı yeni qərar - Bu sahələrdə çalışa bilməyəcəklər...


Rusiyadan miqrantlarla bağlı yeni qərar - Bu sahələrdə çalışa bilməyəcəklər...

Rusiyanın Kamçatka vilayətinin qubernatoru Vladimir Solodovun imzaladığı qərara əsasən, regionda yaşayan miqrantlar on beş fəaliyyət sahəsi üzrə işləyə bilməyəcəklər.

Sfera.az xəbər verir ki, sənəd 2025-ci ildə qüvvəyə minəcək. Xüsusilə, miqrantlar uşaq və pəhriz qidaları istehsal edən müəssisələrdə, alkoqolsuz içkilər istehsal edən müəssisələrdə, eləcə də turizm sektorunda işləyə bilməyəcəklər. Meşə ehtiyatlarını idarə edən müəssisələrdə, elektrik və qaz təchizatı, su təchizatı, eləcə də təhlükəli tullantıların toplanması və emalı ilə məşğul olan müəssisələrdə miqrantlar üçün qapılar bağlanacaq.


Qeyd edək ki, bu, belə bir qərarla bağlı ilk hal deyil. Oxşar qərarları Omsk vilayətinin qubernatoru Vitali Xotsenko da imzalayıb. Belə ki, Omsk vilayətində miqrantlar üçün qadağan olunmuş yeddi fəaliyyət sahəsi var: nəqliyyat, təhsil, səhiyyə, ticarət, ovçuluq, dərman və qida istehsalı.


İnci


OXŞAR XƏBƏRLƏR