"3+3" regional platforması ölkələrinin XİN başçıları İstanbulda birgə bəyanat qəbul edəcəklər
Dünya
17:16 / 17.10.2024
5043
Sabah İstanbulda "3+3" regional platformasının üçüncü iclası baş tutacaq.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "3+3" regional platformasının beş ölkəsinin xarici işlər nazirləri (XİN) sabah İstanbulda keçiriləcək nazirlər toplantısının yekunları üzrə birgə bəyanat qəbul edəcəklər.
Məlumatda qeyd olunur ki, iclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan, Rusiyanın XİN rəhbəri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın XİN başçısı Ararat Mirzoyan və İranın xarici işlər naziri Abbas Arakçi iştirak edəcək.