DDLA küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir - FOTO

Cəmiyyət
17:28 / 17.10.2024
5271
Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.
Sfera.az xəbər verir ki, xəbərdarlığa əsasən, sabahdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi oktyabrın 19-u səhərədək davam edəcək. Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyü: 2.0-3.0 m, sonrakı inkişafda 4.0-6.0 m.çatacağı proqnozlaşdırılır.