14 yaşlı oğlan özünü güllələdi
Hadisə
13:29 / 28.12.2016
1773
Saatlıda 14 yaşlı oğlan ayağından güllələnib.
Sfera.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 27-də Saatlı rayonunun Əliabad kəndində 14 yaşlı Sabir Dadaşov evdə atası Cabirə məxsus tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.
Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "İJ-17” markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.