Bu il də kənd təsərrüfatı məhsulları BAHALAŞACAQ – PROQNOZ

Bu il də kənd təsərrüfatı məhsulları BAHALAŞACAQ – PROQNOZ

Payız fəslinin başlaması ilə bərabər sel xəbərləri gecikmədi. Ötən il Azərbaycanda ən çox sel və daşqın hadisələri baş verib. Belə ki, 2023-cü il ərzində 140-dan çox sel hadisəsi olub. Sel sularının əsas ziyanı da elə kənd təsərrüfatına dəyir. Bu il boyu kənd təsərrüfatı məhsullarının bahalığı müzakirə olunub. Səbəbini yayın quraqlığı ilə əlaqləndirirdilər.

 

Maraqlıdır, bu il necə olacaq? Yağışın çox yağması kənd təsərrüfatı məhsullarının bahalaşmasına təsir edəcək?

 

Sfera.az xəbər verir ki, iqtisadçı Rauf Qarayev Bizim.Media-ya bildirib ki, hər il olduğu kimi bu il də həddindən artıq yağış yağarsa, kənd təsərrüfatı məhsulları bahalaşacaq.

 

“Yağışın çox olması torpaqdakı mineralları yuyub aparır. Bu da məhsuldarlığın aşağı düşməsinə, dolayısı ilə qiymətlərin qalxmasına səbəb olur. Amma qiymət artımında təkcə bu rol oynamır. Yağış nəticəsində kənd təsərrüfatı sahələrinə girişi məhdudlaşan kəndlilər də yığdıqları məhsulları baha satırlar. Çünki yağış nəticəsində yığım çətinləşir. Bu gün yağış yağan kimi bazarda qiymət artımı müşahidə edilir”. 

 

Bahalaşma ehtimalı olan məhsullar

 

İqtisadçı bildirib ki, qiymət artımı əsasən torpağın üstündə bitən məhsullara aiddir.

 

“Pambıq təsərrüfatlarına həddindən artıq yağışın yağması mənfi təsir edir. Bundan başqa gündəlik istifadə olunan tərəvəzlərə gəldikdə isə, xiyar və pomidorun qiymətində artım olacağı güman edilə bilər”.

 

“Kəndlilər məhsullarını sığortalamağa meyilli olmalıdırlar”

 

İqtisadçı deyir ki, məhsuldarlığı sabit saxlamaq və kəndliyə dəyən ziyanın ödənməsi üçün sığorta sistemi fəaliyyət göstərir.

 

“Istənilən hava şəraiti birbaşa olaraq kənd təsərrüfatına, bu da kəndlinin cibinə təsir edir. Zərərin ödənməsi üçün Aqrar Sığorta Fondu fəaliyyət göstərir. Amma sel sularının kənd təsərrüfatına ziyanını azaltmaq üçün  qabaqlayıcı tədbirlər görülməlidir. Tədbirlərdən biri də müxtəlif növ aqroparkların yaradılmasıdır. Aqroparklarda xüsusi mütəxəssislər  işləyir və onlar sel suların qarşısını almaq üçün müxtəlif üsullardan istifadə edirlər”.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...