Prezident bu qurumu LƏĞV ETDİ - SƏRƏNCAM

Prezident bu qurumu LƏĞV ETDİ - SƏRƏNCAM

Prezident İlham Əliyev Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalayıb.

 

Sfera.az xəbər verir ki, Sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “Azərkontrakt” ASC) Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması sahəsində səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra – SOCAR) tərəfindən həyata keçirilsin.

 

2. “Azərkontrakt” ASC 2024-cü il dekabrın 1-dən ləğv edilsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

3.1. bu Sərəncamın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, “Azərkontrakt” ASC-nin digər səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

3.2. “Azərkontrakt” ASC-nin Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması müqavilələri üzrə hüquq və öhdəliklərinin, eləcə də bu sahədə fəaliyyətdən əldə edilmiş aktivlərinin, o cümlədən pul vəsaitlərinin SOCAR-a və onun strukturuna daxil olan qurumlara ötürülməsinin 2024-cü il dekabrın 1-dək təmin edilməsi üçün tədbirlər görsün;
3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

 

4.1. bu Sərəncamın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, “Azərkontrakt” ASC-nin balansında olan digər dövlət əmlakından istifadə ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

4.2. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

 

5. SOCAR:

 

5.1. bu Sərəncamın 1-ci, 2-ci hissələrinə və 3.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması ilə bağlı strukturuna daxil olan qurumlar arasında səlahiyyət bölgüsünü təmin etsin;

 

5.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.


OXŞAR XƏBƏRLƏR

Arıqlamaq istəyənlərin diqqətinə - Bu bitkinin yarpaqları möcüzəlidir

Cənubi Avstraliya Universitetinin alimləri zeytun yarpağı ekstraktının qan təzyiqini aşağı salmaq, qanda yağ səviyyəsini tənzimləmək və xroniki xəstəliklərdən q...

Törətdiyi cinayətə görə iki cəzadan birini seçmək təklif edildi

Keçmiş hüquqşünas, 65 yaşlı Timoti Skuls, 146 milyon funt sterlinq (7,6 milyard UAH) dələduzluq sxemlərinə görə cəza seçimi ilə üzləşib. Belə ki, hakim ona alte...

Alimlər 9 bal gücündə zəlzələ və 30 metrlik sunami proqnozlaşdırıblar

Amerikalı alimlər ABŞ hakimiyyətini seysmoloji vəziyyətlə bağlı həyəcanverici proqnozlara mümkün qədər tez diqqət yetirməyə çağırıblar.    Sfera...

Süni intellekt sayəsində 5 il ərzində 200 000 işçi ixtisar edilə bilər - Bu sahələrdə...

Bloomberg Intelligence (BI) hesabatına görə, dünyanın ən böyük bankları süni intellektdə (AI) irəliləyişlər səbəbindən yaxın 3-5 il ərzində təxminən 200 min iş ...

Azərbaycanda qəbiristanlıqdanOĞURLUQ - VİDEO

Göygölün Topalhəsənli kənd qəbiristanlığında tez-tez oğurluq hadisələri baş verir.   Sfera.az "Xəzər" TV-yə istinadən məlumat verir ki, bu ...

Vaşinqton ABŞ-nin 39-cu prezidenti Cimmi Karterlə vidalaşıb

ABŞ dekabrın 30-na keçən gecə 100 yaşında dünyasını dəyişən keçmiş prezident Cimmi Karterlə vidalaşıb. Sfera.az xəbər verir ki, vida mərasimi Vaşinqton Kated...