"Ermənistanda əksəriyyət övladını hərbi xidmətdən yayındırmaq istəyir" - Paşinyan
Dünya
14:39 / 17.10.2024
2913
Ermənistan əhalisinin mütləq əksəriyyəti övladını hərbi xidmətdən yayındırmaq istəyir.
Sfera.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib.
O bildirib ki, bu amil ailə planlaşdırılması məsələsinə ciddi şəkildə təsir göstərir.
“Bunun səbəbi odur ki, insan öz övladını hərbi xidmətə göndərməmək haqqında düşünür. Digər problem isə 4 oğlu olan vətəndaşın bu fikrə düşməsindədir”, – Paşinyan fikirlərini tamamlayıb.