Bakıda torpaq sürüşməsi oldu - İtki varmı?

Bakıda torpaq sürüşməsi oldu - İtki varmı?

Bakı şəhəri, Xətai rayonu ərazisində torpaq sürüşməsi olub.

 

Sfera.az xəbər verir iki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib.

 

O bildirib ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hadisə yerindədir:

 

"Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticə barədə məlumat veriləcək".

 

Ə.Əliyev, həmçinin məlumat verib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.


OXŞAR XƏBƏRLƏR