Daşınmaz əmlakla bağlı bədbəxt hadisə olarsa, sığorta məbləğini hansı qurum qarşılayacaq? - AÇIQLAMA

Daşınmaz əmlakla bağlı bədbəxt hadisə olarsa, sığorta məbləğini hansı qurum qarşılayacaq? - AÇIQLAMA

Məlum olduğu kimi, 24 iyun 2011-ci il tarixli “İcbari sığortalar haqqında” Qanuna əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Məlumat üçün qeyd edək ki, Bakıdakı ev və mənzillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40, digər şəhər və rayonlarda isə 30 manatdır. Müvafiq olaraq, paytaxtdakı mənzillərə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki mənzillərə 20 min, digər şəhər və rayonlardakı mənzillərə isə 15 min manat sığorta təminatı verilir.İcbari sığorta müqaviləsinin bağlanmamasına görə isə fiziki şəxslərə 30, vəzifəli şəxslərə 80, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Maraqlıdır, hazırda ölkədə daşınmaz əmlakın icbari sığortası növü üzrə neçə yaşayış və qeyri-yaşayış əmlakı sığortalıdır?

 

Bununla bağlı Sfera.az-ın sorğusuna İcbari Sığorta Bürosundan verilən cavaba görə, ölkə üzrə 138 765 yaşayış və 47 081 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə 185 846 əmlak icbari sığorta ilə təmin olunub.

 

“Bakı şəhərində 66 112 yaşayış, 18 150 qeyri-yaşayış, Respublikanın regionlarında isə 72 653 yaşayış və 28 931 qeyri-yaşayış sahəsi üzrə əmlak sığortalanıb”,-qurumdan bildirilib.

 

Bəs hər hansısa bədbəxt hadisə baş verərsə, sığorta məbləğini hansı qurum qarşılayır və proses necə baş verir?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-deputat Vüqar Bayramov bildirib ki, sözügedən məbləğin ödənişi sığortanı edən şirkət tərəfindən edilir:


“Ümumiyyətlə, əmlakın sığortalanması vacibdir. Bizə olan müraciətlərdə də görürük ki, sığortasız evlərə zərər dəyən zaman bu məbləğ qarşılanmır.  Nəticədə, dəymiş ziyanı vətəndaş özü qarşılamaq məcburiyyətində qalır. Lakin əgər əmlak sığortalanıbsa, hansısa hadisə baş verəndə bu məbləğ sığorta şirkləti tərəfindən qarşılanır. Bununla bağlı qanunvericilikdə müəyyən ödənişlər nəzərdə tutulub. Bu çərçivədə ödəniş həyata keçirilir. O cümlədən, bu ödənişlərin həyata keçirilməsi ilə bağlı hansısa çətinlik olmur”. 


Millət vəkili sonda vurğulayıb ki, prosesin daha da genişlənməsi üçün bu sahədə maarifləndirmə işləri aparılmalıdır.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...