"Bu, gülünc ittihamdır"


Türkiyə prezidenti Ərdoğan ABŞ və koalisiya qüvvələrini İŞİD və PYD terrorçularını dəstəkləməkdə ittiham edib.
Ölkə.Az xəbər verir ki, prezidentin bu açıqlamalarına ABŞ reaksiya verib.
ABŞ-ın xarici işlər nazirinin mətbuat katibinin müavini Mark Toner Ərdoğanın açıqlamalarını gülünc adlandırıb.
Tonerin sözlərinə görə, ABŞ YPG-yə silah vermir, sadəcə qruplaşmaya İŞİD-ə qarşı taktiki dəstək verir.
Mətbuat katibinin müavini deyib: "Əslində Ərdoğanın sözləri gülüncdür. Hamının gördüyü kimi reallıq yoxdur. Koalisiyanın Şimali Suriya və İraqdakı fəaliyyətimiz İŞİD-i məhv etməyə yönəlib".



OXŞAR XƏBƏRLƏR