"Ermənistan COP29 zamanı təxribat törədə bilər, bunda əsas məqsəd Bakını..." - AÇIQLAMA

"Ermənistan COP29 zamanı təxribat törədə bilər, bunda əsas məqsəd Bakını..." - AÇIQLAMA

Son günlər Ermənistanda Azərbaycanla bağlı əsassız iddialar yayımlanır. Belə ki, qarşı tərəf rəsmi Bakının İrəvana hərbi planlar qurduğunu qeyd edir. Bu barədə ötən həftələrdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da danışıb. “Bizim ciddi narahatlığımız var ki, Azərbaycan Ermənistan əraziləri ilə bağlı yeni hərbi planlara malik ola bilər”, - o Varşava Təhlükəsizlik Forumu çərçivəsində müzakirələr zamanı bildirib. Ardınca erməni rəsmiləri və mediası bu iddiaları aktiv şəkildə gündəmə gətirdi. 

 

Sözügedən vəziyyət nədən irəli gəlir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, COP29 ərəfəsində sülh müqaviləsinin imzalanmasına təkid edən rəsmi İrəvanın paralel şəkildə bu cür iddiaları tirajlaması siyasi və hərbi məqsədlərin tərkib hissəsidir.  Ekspertin fikrincə, sülh müqaviləsi layihəsini yarımçıq imzalamağa çalışan İrəvan Bakının “bütün bəndlərin razılaşdırıldığı müqavilə” yanaşmasını, “sülhə qarşı olmaq” kimi göstərməyə çalışır:

 

“Bu ölkə “Ermənistana hücum edəcək” iddiaları ilə Azərbaycanı ittiham altına salmaq, diqqəti Bakının sazişlə bağlı mövqeyindən yayındırmaq istəyir. Ermənistan bu iddialarını “sübut etmək” və “hücum edən tərəf” kimi Bakıya qarşı beynəlxalq təzyiqi gücləndirmək məqsədilə kiçik çaplı da olsa, sərhəddə təxribatlara əl ata bilər. Bunu məhz COP29 tədbiri zamanı edəcəyi ehtimalı ön plandadır”.

 

A.Nərimanlı bildirib ki, COP29 zamanı mümkün təxribatlarla qarşıdurma yaratmaq İrəvana iki istiqamətdə sərfəlidir:

 

“Azərbaycanı “hücum edən tərəf” kimi göstərməklə beynəlxalq iqlim tədbirində sülh sazişinin imzalanması çağırışı edən oyunçuları Bakıya təzyiq siyasətinə sövq etmək, eyni zamanda, Azərbaycanın “COP atəşkəsi” təşəbbüsünü zədələmək, Bakının imicini və əldə edə biləcəyi dividentləri sıradan çıxarmaq baxımından bu belədir. Mümkün təxribatlarda COP29-un Bakıda keçirilməsinə etiraz edən və hazırda tədbir üzərindən Azərbaycana qarşı kampaniya aparan ölkələr də maraqlı tərəfdir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...