“Qarabağ” - “Ayaks” oyununun biletləri satışa çıxarılır

“Qarabağ” - “Ayaks” oyununun biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununun biletləri oktyabrın 17-i saat 12:00-dan etibarən satışa çıxarılacaq.

 

Sfera.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

 

Satış məntəqələri:

 

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);


Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;


Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.


OXŞAR XƏBƏRLƏR