Tərtərdə zəncirvari qəza: 5 nəfər xəsarət aldı

Hadisə
23:43 / 16.10.2024
3289
Tərtərdə zəncirvari qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Sfera.az xəbər verir ki, qəza zamanı “VAZ-2107”, ”VAZ-21011” və “Lada-110” markalı avtomobillər toqquşub.
Xəsarət alan şəxslər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.