Azərbaycanda DƏHŞƏT! 57 yaşlı kişi kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorlayaraq ...

Azərbaycanda DƏHŞƏT! 57 yaşlı kişi kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorlayaraq ...
Zorlamada təqsirli bilinən Salyan rayon sakini, 1967-ci il təvəllüdlü Əlifağa Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 Əlifağa Bayramov 2014-cü ilin may ayının əvvəlində, saat 11 radələrində, qızı Aygünün (cinayət işində təqsirləndirilən şəxsdən başqa digərlərinin ad və soyadlar şərti göstərilib) nişanlısı Ramal Mehdiyevin yaşadığı Bakı şəhəri Ələt qəsəbəsindəki evində tikinti işləri aparıb. Həmin vaxt evdə Ramal Mehdiyevin bacısı, 1997-ci il təvəllüdlü Samirəni görüb.

Əlifağa Bayramov Samirənin evdə tək olmasından istifadə edərək onu qonaq otağına aparıb. Orada Əlifağa Bayramov Samirəni öldürməklə hədələyib. Onu sillə ilə vuraraq yerə yıxıb. Bu zaman başı beton döşəməyə dəyən Samirə huşunu itirib və Əlifağa Bayramova müqavimət göstərə bilməyib. Bundan istifadə edən Əlifağa Bayramov Samirə ilə zorla cinsi əlaqədə olub.
Əlifağa Bayramov 2014-cü ilin may ayının axırlarında yenə də tikinti işləri aparması üçün həmin ünvanda olub. Bu zaman Əlifağa Bayramov Samirənin yataq otağında tək olmasından istifadə edib və zor tətbiq edərək ona təcavüz edib. Samirə Əlifağanın hədələrindən qorxuya düşdüyü üçün onun hərəkətləri barədə heç kəsə danışmayıb.

Samirənin susmasından istifadə edən Əlifağa Bayramov cinayətkar əməlini davam etdirib. O, 2014-cü ilin iyun ayının ortalarında Samirənin anasından icazə alaraq qızı Salyan rayonu Kürsəngi kəndindəki evlərinə aparıb. Lakin o, Samirə ilə birlikdə kəndə iki kilometr qalmış, Bakı-Salyan magistral yolunda düşüblər və Kürsəngi kəndi istiqamətində piyada getməyə başlayıblar.

Yolda ətrafda heç kim olmamasından istifadə edən Əlifağa Bayramov Samirəni öldürməklə hədələyib. Əlifağa qorxusundan müqavimət göstərə bilməyən Samirəni yolun kənarındakı kolluğa aparıb. Orada Samirənin paltarını soyunduran Əlifağa Bayramov təkrar onunla zorla cinsi əlaqədə olub. Sonra Əlifağa Bayramov bu barədə kiməsə danışacağı halda onu öldürəcəyi ilə hədələyib.
Samirə Mehdiyeva Əlifağa Bayramovdan hamilə qalıb və 9 mart 2015-ci il tarixdə oğlan övladı dünyaya gətirib.

Qızlarının hamilə qaldığını öyrənən valideynləri baş verənlərlə bağlı Qaradağ rayon Polis İdarəsinə şikayət ediblər. Şikayət əsasında Əlifağa Bayramov həbs edilib.
Əlifağa Bayramov Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) və 149.2.5-ci (təkrar zorlama) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlifağa Bayramov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əlifağa Bayramov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə Əlifağa Bayramovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Araşdırma zamanı məlum olub ki, Əlifağa Bayramova verilmiş ittiham düzgündür və bu səbəbdən onun şikayəti təmin edilməyib. (teleqraf.com)

OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...