Qazaxıstan BRİKS-ə üzv olmaqdan imtina etdi

Qazaxıstan BRİKS-ə üzv olmaqdan imtina etdi

Qazaxıstan hələ BRİKS-ə üzv olmağı planlaşdırmır.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat katibi Berik Uali deyib.  

 

Ualinin sözlərinə görə, BRİKS-ə qoşulmaq təklifləri dövlət başçısı tərəfindən Qazaxıstanın milli maraqları baxımından nəzərdən keçirilib və ölkəsinin hazırda belə bir fikri yoxdur.

 

Eyni zamanda, Qazaxıstan prezidenti BMT Təhlükəsizlik Şurasının BMT-yə üzv dövlətlərin geniş məsləhətləşmələri əsasında və orta güclərin maraqlarını nəzərə almaqla islahatının tərəfdarıdır, çünki onun fikrincə, bu qurum öz səlahiyyətlərini itirib. 

 

BRİKS-ə gəlincə, Tokayev bu assosiasiyanın təkamülünü maraqla izləyir və blokun Rusiyada keçiriləcək sammitində iştirak etmək niyyətindədir. O, oktyabrın 24-də açıqlama formatında geniş iclasda çıxış etməyi planlaşdırır. 

 

Qeyd edək ki, BRİKS sammiti oktyabrın 22-də Kazanda başlayacaq. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, 38 ölkəyə dəvət göndərilib. Oktyabrın 15-nə olan məlumata görə, 33 ölkə iştirakını təsdiqləyib. Onlardan 24-ü yüksək vəzifəli şəxslər səviyyəsində təmsil olunacaq. Zirvə toplantısında Çin Prezidenti Si Cinpin, Hindistanın Baş naziri Narendra Modi və Braziliya Prezidenti Luiz İnasio Lula da Silva da iştirak edəcək.

 

Bundan əlavə, tədbirdə BMT-nin baş katibi Antonio Quterreş, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş katibi Çjan Minq, MDB, Aİİ-nin baş katibləri, həmçinin Yeni İnkişaf Bankının prezidenti Dilma Rusef iştirak edəcək.

 

16-cı BRİKS sammiti ilk dəfə olaraq geniş formatda keçiriləcək. Bu ildən etibarən assosiasiyanın beş əsas ölkəsinə (Rusiya, Çin, Braziliya, Hindistan, Cənubi Afrika Respublikası) daha dörd ölkə - Misir, İran, BƏƏ və Efiopiya qoşulub. Səudiyyə Ərəbistanı hələlik blokdakı statusu ilə bağlı qərar verməyib. Krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman sammitdə iştirak dəvətini qəbul etməyib. Onun yerinə ölkəni xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud təmsil edəcək.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...