Şuşada ilk dəfə əmək yarmarkası keçirildi

Şuşada ilk dəfə əmək yarmarkası keçirildi

Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.

 

Bu barədə Sfera.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu istiqamətdə növbəti tədbir olaraq, Agentlik Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Şuşada ilk dəfə əmək yarmarkası təşkil edib.


Aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan 26 işəgötürən iştirak edib və müxtəlif fəaliyyət sahələri üzrə 250-dən çox vakansiya təqdim olunub.

 

Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İskəndərov yarmarkada təqdim edilən vakansiyalarla tanış olub, işəgötürənlərlə görüşüblər. Tədbirdə Nazirlik yanında İctimai şuranın üzvləri, QHT nümayəndələri də iştirak ediblər.

 

Yarmarkada müraciət edən şəxslərin qeydiyyatı aparılıb və uyğun namizədlərin müvafiq vakansiyalar üzrə işlə təminatı həyata keçiriləcək.



İştirakçılara həmçinin özünüməşğulluq proqramı, Qarabağ Peşə Hazırlığı Mərkəzində təşkil olunan peşə hazırlığı kursları barədə də məlumatlar verilib. Özünüməşğulluq proqramına, peşə kurslarına cəlb edilmək istəyən sakinlərin də qeydiyyatı aparılıb.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...