Ölkəmiz COP29 konfransı zamanı erməni təxribatı təhlükəsinə qarşı necə hazırlaşır? - AÇIQLAMA

Ölkəmiz COP29 konfransı zamanı erməni təxribatı təhlükəsinə qarşı necə hazırlaşır? - AÇIQLAMA

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçi səfər edəcək. Həmçinin COP29 Sədrliyindən "Reuters" agentliyinə verilən məlumata görə, tədbirdə 100-dən çox liderin iştirakı gözlənilir. Məlumata görə, tədbirdə 61 prezident, 38 Baş nazir və 2 vəliəhd iştirak edəcək.  Ermənistanın isə bu tədbirə qatılıb-qatılmayacağı hələ bəlli deyil.

 

Bu baxımdan maraqlıdır, Ermənistan tədbirin keçiriləcəyi ərəfədə hər hansı bir təxribat törədə bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, COP29 böyük bir tədbirdir və burada təhlükəsizlik sisteminin gücləndirilməsi əsas prioritetlərdən biridir:

 

“Bu məsələyə şübhəsiz ki, ölkəmizin təhlükəsizlik strukturları, hüquq mühafizə orqanları ciddi yanaşırlar. Tədbirin keçiriləcəyi salonlarda, zallarda, eləcə də iştirakçıların yerləşdiyi otellərdə təhlükəsizlik ən üst səviyyədə təmin olunacaq. Eyni zamanda Ermənistan dövləti və onun arxasında duran revanşist qüvvələr, bölgədə sülhü istəməyən güc mərkəzləri bu tədbir çərçivəsində hər hansısa təxribatlar törədə bilərlər”.

 

Politoloq İrəvanın terror sahəsində bir sıra çirkin əməllər törətdiyini vurğulayıb:

 

“Həm türk diplomatların qətli, həm Birinci Qarabağ müharibəsi və onun gedişində, eləcə də Vətən müharibəsində qanlı terror fəaliyyətləri icra olunub. Dinc, günahsız insanlar qətlə yetirilib. Ona görə də istənilən halda, ölkəmizdə hər bir mühüm tədbir zamanı təhlükəsizlik sahəsinə xüsusi maraq və diqqət olur.  Bu baxımdan, COP29 çərçivəsində də çirkin, məkrli fəaliyyəti icra edən qüvvələrin məqsədlərinə çatmaması üçün xüsusi diqqətli olmaq əsas istəkdir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...