"Onlar haqlı olaraq dünyaya uşaq gətirməkdən imtina edirlər..." - Sosioloq

"Onlar haqlı olaraq dünyaya uşaq gətirməkdən imtina edirlər..." - Sosioloq

Rəsmi məlumata görə, Azərbaycanda doğulan körpələrin sayı azalıb. Belə ki, bu ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ölkədə 68 129 doğulan körpə qeydə alıb. Ötən il isə doğulanların sayı 112 620 olub. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğulan sayı azalaraq 11,1-dən 10-a düşüb. 

 

Maraqlıdır, niyə doğulan körpələrin sayında bu qədər azalma var? Problem hansısa tibbi səbəbdən qadınların dünyaya uşaq gətirə bilməməsidir, yoxsa şəxsi seçim?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı bildirib ki, uşaqların azalmasına əsas səbəb evlənənlərin sayının azalması və boşanmaların artmasıdır:

 

“Bu ilin ilk 7 ayında ölkədə 22 min nikah bağlanıb, 10 min boşanma qeydə alınıb. Bu o deməkdir ki, hər 2 nikahdan biri uğursuz olur. Ümumiyyətlə, azömürlü olan nikahlar pozulur. Ailəsində problem olduğunu düşünənlər dünyaya uşaq gətirməkdən imtina edir. Əslində, haqlı düşüncədir, çünki boşanma halı baş verərsə, uşaqlarla bağlı böyük problemlər yaşanır”.

 

Sosioloqun sözlərinə görə, nikahı uğurlu olan ailələrdə də uşaq sayında azalma var:

 

“10-12 illik evli olanlar var ki, bir övlad sahibidir. Həm sosial problemlər, həm müasir dünyada “daha az uşaq, daha az problem” kimi assosiasiya olunan fikirlər ailələrin çoxuşaqlı olmasına imkan vermir. Ailə düşünür ki, 2-3 uşağı yarımçıq böyütdüyümə bir övladı tam təşəkküllü böyüdə bilərəm. Əgər ailələrə dövlət tərəfindən uşaqpulu kimi maddi dəstək verilsə, onlar artımın marağında olar. Təəssüf ki, bu məsələlərdə irəliləyiş əldə etmədiyimizə görə belə vəziyyətlər də qaçılmaz olur”. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...