Sürücülərin NƏZƏRİNƏ: Avtomobillərdə ən çox saxtalaşdırılan dörd ehtiyat hissəsi

Sürücülərin NƏZƏRİNƏ: Avtomobillərdə ən çox saxtalaşdırılan dörd ehtiyat hissəsi

"Avtomobil bazarında ən çox saxtalaşdırılan komponentlər müntəzəm texniki xidmət üçün istifadə olunan hissələrdir".

 

Sfera.az-ın verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Mixail Makovey bildirib.

 

Onun sözlərinə görə, risk zonasında - avtomobilin texniki xidməti zamanı mütəmadi olaraq dəyişdirilməsi tələb olunan filtrlər, alışdırma şamları, əyləc sistemi və asqı hissələridir.

 

Üstəlik, ekspertin bildirdiyinə görə, həm orijinal elementlər, həm də tanınmış Avropa və Asiya brendlərinin məhsulları saxtalaşdırılır.

 

"Ən pis hallarda saxta ehtiyat hissələri parametrlərə uyğun gəlmədiyinə görə avtomobilə quraşdırmaq mümkün olmayacaq. Bundan əlavə, onlar nəqliyyat vasitəsinin qovşaq və aqreqatlarının sıradan çıxmasına səbəb ola bilər", - deyə o bildirib.

 

Ekspert vurğulayıb ki, kontrafakt hissələrin istifadəsi ciddi nəticələrə səbəb ola bilər.

 

"Belə ehtiyat hissələrinin alınması riskini azaltmaq üçün komponentləri və sərfiyyat materiallarını rəsmi dilerlərdən, yaxud da etibarlı satıcılardan almaq lazımdır", - deyə mütəxəssis sözlərini yekunlaşdırıb. (Oxu.az)


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...