2 milyon dollar qazanan ən gənc lotereya qalibinin FACİƏSİ

2 milyon dollar qazanan ən gənc lotereya qalibinin FACİƏSİ

Britaniya tarixində ən gənc lotereya qalibi, 2003-cü ildə 2,3 milyon dollar qazanan Kelli Rocers beşinci övladını dünyaya gətirib. Qadının qəfil uğurdan sonra hansı sınaqlarla üzləşdiyi medianın gündəminə çevrilib.
 

Sfera.az bidirir ki, 16 yaşında qalib gəldikdən sonra Kelli tamamilə yoldan çıxıb, pulu dərmanlara və estetik əməliyyatlara xərcləyib. İndi britaniyalı qadın, həyatını yenidən nəzərdən keçirib və xoşbəxtliyini ailədə, analıqda tapıb.


Bu yaxınlarda 37 yaşlı Rocers “Facebook” səhifəsində yeni doğulmuş qızı Navi-Nikolanın təsirli fotolarını paylaşıb.


Kellinin hazırda 35 yaşlı Li Metyus ilə münasibətdədir. Mart ayında cütlük sosial şəbəkədə birlikdə selfi çəkdirərək birlikdə olduqlarını elan etmişdilər.
  

Bundan əvvəl britaniyalı qadın çətin günlər yaşayıb. O, depressiya ilə mübarizə aparıb, iki dəfə intihara cəhd edib. 2021-ci ildə kokainin təsiri altında avtomobilini qəzaya uğradıb, nəticədə 22 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
 

Kelli Rocers lotereyada qalib gəldikdən sonra bir çox çətinliklərdən keçib. O, uduşlarının çoxunu özündə saxlamadığı üçün təəssüflənir, çünki serebral iflic olan 12 yaşlı oğlunun pula çox ehtiyacı var.

 

"Mən heç bir məsuliyyət anlayışı olmadan evlər aldım”.


Yeri gəlmişkən, oxşar hekayələri nəzərə alaraq, Böyük Britaniyada Milli Lotereya oyunçular üçün minimum yaş həddini 18 yaşa qədər artırıb.
 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...