61 yaşlı milyonçu boşandıqdan sonra bütün əmlakını itirdi
Böyük Britaniyanın Ali Məhkəməsi keçmiş milyonçu Peter Andreeviçin əmlakının bölünməsi ilə bağlı bir gün əvvəl qəbul edilmiş qərara baxmaqdan imtina edib.
Sfera.az bildirir ki, maqnatın Çelsidə 2,2 milyon funt sterlinqlik ailə evi də daxil olmaqla, dünya üzrə bir sıra binalara sahib olduğu məlumdur. İş adamı keçmiş həyat yoldaşından mülkü ona qaytarmağı tələb etsə də, o, qəti şəkildə bundan imtina edib
20 il əvvəl britaniyalı işadamı bütün daşınmaz əmlakını o vaxtkı nişanlısı, 50 yaşlı Maqali Montreilenin adına keçirib. Bu yolla o, guya maliyyə risklərini azaltmaq və sərvətinin həqiqi ölçüsünü dövlətdən gizlətmək istəyib.
Cütlük 19 il birlikdə yaşayıb və beş övladları olub. 2017-ci ildə boşandıqda kişi keçmiş həyat yoldaşından əmlakı ona qaytarmağı tələb edib. Həyat yoldaşı qəti şəkildə bundan imtina edib. Beləliklə, 61 yaşlı Andreeviç hər şeyini itirib və indi yetkin oğlunun evində yaşamağa məcburdur.
Peterin məhkəmədə ədalətə nail olmaq cəhdləri uğursuzluqla başa çatır. Üstəlik, Montreuil də əks iddia qaldırıb. İclasda kişi çox danışaraq özünü saxlaya bilməyib və məhkəməyə hörmətsizlik etdiyinə görə şərti cəza alıb.
Keçmiş milyonçu öz çıxışında sübut etməyə çalışıb ki, bu hekayə nəticəsində hər şeyini itirib və indi oğlu ilə son dərəcə çətin şəraitdə yaşayır. Lakin onun arqumentləri inandırıcı olmayıb.
Aysel
Sfera.az