Şimali Koreya Cənubi Koreyaya birləşdirən yolları partlatmağa başlayıb

Şimali Koreya Cənubi Koreyaya birləşdirən yolları partlatmağa başlayıb

Cənubi Koreya ordusu iki ölkəni birləşdirən yol hissələrinin partladılmasından sonra Şimalla möhkəmləndirilmiş sərhəd yaxınlığında xəbərdarlıq atəşi açdığını bildirib.

 

Sfera.az bildirir ki, iki ölkəni ayıran demarkasiya xəttinin şimalındakı yolun hissələri partladılıb. Bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

 

Seulun hərbçiləri demarkasiya xəttinin cənubundakı ərazilərdə “cavab atəşi" açıblar. Şimali Koreya lideri Kim Çen In bu ilin əvvəlində Cənubu ölkəsinin “əsas düşməni” elan edəndən bəri Şimali Koreya ordusu artıq möhkəmləndirilmiş sərhədi boyunca yeni mina sahələri yerləşdirib, tank əleyhinə sədlər qoyub və nüvə silahı daşıya bilən raketlər yerləşdirib.

 

Ötən həftə Pxenyan Cənubi Koreyanın keçirdiyi hərbi təlimlərə cavab olaraq cənub sərhədini həmişəlik bağlayacağını bildirmişdi. Bazar ertəsi Seul gözlənilən yol partlayışları barədə xəbərdarlıq edib.

 

Keçən həftə Şimali Koreya da Seulu dronlardan Pxenyana təbliğat vərəqələri atmaqda istifadə etməkdə ittiham edib. Kim Çen öz növbəsində, təcili hərbi əməliyyatlar planını hazırlamaq üçün təhlükəsizlik iclası çağırıb.

 

Ekspertlərin fikrincə, iki ölkəni birləşdirən avtomobil və dəmir yolları çoxdan bağlanıb, lakin onların dağıdılması Kim Çen Inın Cənubla danışıqlara hazır olmadığına dair açıq siqnaldır.

 

Seuldakı Şimali Koreya Tədqiqatları Universitetinin prezidenti Yang Moojin bunu düşmən iki dövlət sistemi ilə əlaqəli praktiki hərbi tədbir adlandırıb. Şimal sərhəd boyunca daha çox fiziki maneələr qurmağa çalışa bilər və partlayışlar bu divarların tikintisinə hazırlıq ola bilər.

 

Seul ordusu əvvəlcə şimala pilotsuz təyyarələr göndərdiyini təkzib etsə də, sonra şərh verməkdən imtina edib.

 

Fəal qrupların adətən şarlar vasitəsilə şimala təbliğat vərəqələri göndərməsinin isə uzun tarixi var. Həvəskarlar həmçinin kiçik dronları KXDR-ə doğru atıblar.

 

Xanım

Sfera.az 


OXŞAR XƏBƏRLƏR

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...