"Simonyanın razılaşdırılmayan bəndlər barədə açıqlaması diplomatik hiylədir..." - ŞƏRH

"Simonyanın razılaşdırılmayan bəndlər barədə açıqlaması diplomatik hiylədir..." - ŞƏRH

“Azərbaycan və Ermənistan sülh sazişində 16 bənd üzrə tam razılığa gəlib. Sülhü bərqərar etməyin vaxtıdır”.

 

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Parlamentlərarası İttifaqın 149-cu Assambleyasının ümumi müzakirələrindəki çıxışında deyib.

 

Simonyanın bu açıqlaması nəyə hesablanıb?

 

Sözügedən çıxışla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, razılaşdırılmayan bəndlər üzərindəki ziddiyyətli mövqe fonunda Simonyanın yalan danışdığı ehtimalı daha çoxdur. O qeyd edib ki, Azərbaycan sazişə paket formatında yanaşır:

 

“Ötən həftə Prezident İlham Əliyev Moskvada “Bütün məsələlər razılaşdırıldıqdan sonra razılığa gəlmək olar”, deyə bildirdi. Ötən bir həftədə nə Bakı, nə də İrəvanın mövqeyində korrektlər nəzərə çarpmayıb. Simonyanın bu iddianı irəli sürməsi diplomatik hiylə xarakteri daşıyır. Məqsəd beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdidir”.

 

A.Nərimanlının fikrincə, Ermənistan bu cür manevrlərlə razılaşdırılmayan bəndləri kənara qoymaq niyyətindədir:

 

“Eyni zamanda, İrəvan razılaşdırılmış bəndlər üzərində saziş imzalamaq hədəfinə beynəlxalq dəstək qazanmaq istəyir. Belə bir iddia isə Bakının cavab zərurətini yaradacaq. Bu da İrəvana “Azərbaycan sülhdən yayınır” rəyini yaratma imkanı verir”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...