Tovuzda 71 yaşlı qadının diş protezini oğurlayıb qətlə yetirdilər

Tovuzda 71 yaşlı qadının diş protezini oğurlayıb qətlə yetirdilər

Tovuz rayonunda 71 yaşlı ev sahibi İntizar Bağırovaya qarşı soyğunçuluq edərək qətlə yetirməkdə təqsirləndirilən qeyri-rəsmi ər-arvad münasibətində yaşayan kirayəçilər Aynaz Alıyevaya və Elçin Əliyevə hökm oxunub.

 

Sfera.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrlik etdiyi prosesdə Aynaz Alıyeva 12 il, Elçin Əliyev isə 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə ötən ilin may ayında baş verib.

 

İttihama görə, Aynaz Alıyeva kirayədə yaşadıqları evdə həmin evin sahibi 71 yaşlı İntizar Bağırovaya zərbə endirərək pilləkəndən yıxıb, daha sonra isə taxta ilə vuraraq qətlə yetirib.

 

Həmçinin o qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Elçin Əliyev ilə əlbir olaraq ayrı-ayrı vaxtlarda İntizar Bağırovanın diş protezlərini, eləcə də qızıl-zinət əşyalarını oğurlamaqda təqsirli biliniblər.

 

A.Alıyeva Cinayət Məcəlləsinin 120.1 -ci (qəsdən adam öldürmə), 177.2.1-ci (Oğurluq) 177.2.2-ci (Təkrar oğurluq), Elçin Əliyev isə, 177.2.1-ci (Oğurluq) 177.2.2-ci (Təkrar oğurluq) maddələri ilə ittiham olunublar.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...