"İsrail risk etməkdən çəkinməlidir" - İran XİN

"İsrail risk etməkdən çəkinməlidir" - İran XİN

İran və Çin xarici işlər nazirləri arasında telefon danışığı olub.

 

Sfera.az bildirir ki, Çinin xarici işlər naziri Van Yi bölgədəki gərginlikdən narahat olduqlarını bildirib. İranın xarici işlər naziri Abbas Arakçı isə İsrailin ehtiyatlı davranmalı olduğunu vurğulayıb. 

 

“Biz dialoqun tərəfdarıyıq və qarşıdurmaların genişlənməsinə qarşıyıq. Bu baxımdan Çin münaqişələrin genişlənməsi və avantürist hərbi hərəkətlərin əleyhinədir. Bütün tərəflər bölgədə sülh və sabitliyin qorunmasına kömək etməlidir”, - Van Yi qeyd edib.

 

O bildirib ki, ölkəsi münaqişələrin yumşaldılmasında konstruktiv rol oynamağa davam edəcək.

 

İranın beynəlxalq məsələlərdə Çinin təsirinə böyük əhəmiyyət verdiyini qeyd edən Arakçı isə İsrailin risk etməkdən çəkinməli olduğunu əlavə edib. 

 

Günay 


OXŞAR XƏBƏRLƏR