Oğuzda 69 yaşlı piyadanı avtomobil vuraraq ÖLDÜRDÜ

Hadisə
14:17 / 15.10.2024
3410
Oğuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisə rayonun Xalxalqışlaq kənd ərazisində qeydə alınıb.
Belə ki, Ərmənət kənd sakini Əkrəm Hacalıyev idarə etdiyi "UAZ" markalı avtomobillə hərəkətdə olarkən Xalxalqışlaq kənd sakini, 1955-ci il təvəllüdlü Qurban Qurbanovu vurub.
Q.Qurbanov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.