"İranın Cənubi Qafqazdakı mövqelərində sarsıntılar müşahidə olunacaq" - ŞƏRH

"İranın Cənubi Qafqazdakı mövqelərində sarsıntılar müşahidə olunacaq" - ŞƏRH

“İranın Yaxın Şərqdə üzləşdiyi çətinliklərdən dolayı onun Cənubi Qafqazdakı mövqelərində sarsıntıların müşahidə oluna biləcəyi ehtimalları çoxdur”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi təhlilçi Aqşin Kərimov deyib.

 

Onun sözlərinə görə, bu səbəbdən İran Cənubi Qafqazda şok yaşamamış Azərbaycanla əlaqələri isti saxlamağa çalışır:

 

“Məlumdur ki, Azərbaycanın maraqları regional və qlobal şərtlərin içərisində irəliləyir. Tehran isə davamlı şəkildə sərt ritorikadan istifadə etsə, Bakı güclü əl kimi İrana qarşı çəkindirmə siyasətini sərtləşdirə bilər. Bu, konseptual şəkildə 2 şərtlə əlaqəlidir. Birincisi, Azərbaycanın stateji müttəfiqi Türkiyə ilə yanaşı, Rusiya, İsraillə əla münasibətləri İranın sponsorluğu ilə həyata keçirilən kəşfiyyat əməliyyatlarını zəiflədir. İkincisi, Azərbaycanın ABŞ başda olmaqla, NATO ilə təhlükəsizlik sahəsindəki əməkdaşlıqlarının dərinliyi İranın regionda Bakıya qarşı qazanc əldə etmək potensiallarını məhdudlaşdırır. Bununla belə, İran Qərblə nüvə danışıqları fonunda Cənubi Qafqaz siyasətində güzəştlər əldə etməyə səy göstərə bilər. Rəsmi Tehran əslində nüvə danışıqlarının canlanmasını sonrakı addımlarını asanlaşdırmaq üçün istifadəyə çalışır. Lakin paralel olaraq proksi ordularını Yaxın Şərqdə qurban verən addımlara da gedə bilər”.

 

A.Kərimov qeyd edib ki, İran xarici siyasətindəki radikallıqları yüksəldən müqavimət oxunun tamamilə məğlub olmasında maraqlı deyil:

 

“Əksinə qurbanlar naminə olsa belə, onların yenidən təşkilatlanmasına səy göstərəcək. Bunun siqnallarını isə ələ fürsət düşən kimi, yenidən əvvəlkindən də qat-qat yüksək səviyyədə Cənubi Qafqazda səsləndirməyə başlayacaq.  Ümumilikdə proseslərin məcrası İranı Cənubi Qafqazda daha çox güzəşt siyasəti həyata keçirməyə məcbur və təşviq edir. Çünki İranın mövcudluğu və təsiri indiki zamanda özünün ən böyük ekzistensial problemləri ilə üz-üzədir. Bunu da ancaq kompromis siyasəti ilə kompensasiya etmək çarə kimi görünür”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Google” bəzi işçilərini ixtisar edib - Say açıqlandı

ABŞ-nin texnologiya nəhəngi “Google” satış və tərəfdaşlıqlara cavabdeh olan qlobal iş bölməsində təxminən 200 nəfərin işinə son verib.  &nbs...

Bakıdan qayıdan İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var

Hacıqabulda "Mercedes Vito" markalı nəqliyyat vasitəsi qəzaya düşüb. Qəza zamanı nəqliyyat vasitəsində olan şəxslər müxtəlif dərəcəli bədən xəsarətlər...

"Heydər Əliyevin gördüyü işləri dərk etdik" - Fazil Mustafa

"Azərbaycanda yeniləşən tarixi şəxslərdən biri də Heydər Əliyevdir".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa ...

“TikTok təhlükəlidir, təcili LƏĞV edilməlidir” – HƏYƏCAN TƏBİLİ

Son zamanlar TikTok istifadəçilərinin yaydığı məzmun, təhlükəsizlik məsələləri, platformanın uşaqlar və gənclər üzərindəki təsiri geniş müzakirə mövzusuna çevri...

"Bu, böyük müharibəyə çevrilməyəcək" - VİDEO

“Bu, böyük müharibəyə çevrilməyəcək. Çünki böyük bir müharibəyə əsas yoxdur. Həmçinin dünya ölkələrinin Hindistana qarşə təzyiqləri artıb”- bu fikir...

İranda televiziya aparıcısı öldürüldü

İranın "Üfüq" televizya kanalının aparıcısı Zəhra Mirzayi əmisi oğlu tərəfindən qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə ...