"Azərkosmos"un sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçildi - FOTO

"Azərkosmos"un sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçildi - FOTO

Azərbaycanın Kosmik Agentliyi – "Azərkosmos"un İdarə heyətinin sədri Saməddin Əsədov Beynəlxalq Astronavtika Federasiyasının vitse-prezidenti seçilib.

 

Sfera.az xəbər verir ki, bu qərar bu gün Milan Konqresində Federasiyanın Baş Assambleyasının iclasında qəbul edilib. 

 

İclasda müzakirələrdən sonra Beynəlxalq Astronavtika Federasiyasının bürosu və komitə üzvləri Saməddin Əsədovun namizədliyini dəstəkləyiblər.Bu təyinat ölkəmizin regional və beynəlxalq arenada yüksək nüfuzunun növbəti əyani göstəricisidir. Ölkəmiz adına yüksək nailliyyət sayılan bu təyinat Azərbaycanın kosmik sahədə əldə etdiyi uğurların davamıdır. Türk xalqları arasında kosmos sahəsində ilk yüksək vəzifə hesab olunan vitse-prezident postu ölkəmizin kosmos sahəsində də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq rolunu artıracaq. Büroda təmsil olunmaq Azərbaycanın dünyanın kosmik sənaye liderləri və siyasətçiləri ilə qazandığı əlaqələrlə Federasiyanın üzvləri arasındakı əməkdaşlığı gücləndirəcək.

 

Qeyd edək ki, Büro Beynəlxalq Astronavtika Federasiyasının əsas icra orqanıdır. Vitse-prezidentin əsas vəzifəsinə Baş Assambleyanın plenar iclaslarına, konqreslərinə, simpoziumlarına və Federasiyanın digər iclaslarına rəhbərlik etmək, Federasiyaya üzv olan kosmik qurumlara öz tövsiyələrini vermək, Baş Assambleyaya illik maliyyə hesabatının hazırlanmasına nəzarət etmək, Federasiya daxilində komitələri təyin etmək, üzvlər arasında əməkdaşlığı gücləndirmək daxildir. 

 

Saməddin Əsədovun vitse-prezident olaraq qlobal təşkilatda fəaliyyəti Azərbaycanın kosmik sahədə əldə etdiyi uğurların daha yüksək platformadan səsləndirilməsinə imkan verəcək.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...