"Cərimə məbləği artırılacaq, amma kifayət qədər zibil qutusu və konteyner yoxdur" - ETİRAZ

"Cərimə məbləği artırılacaq, amma kifayət qədər zibil qutusu və konteyner yoxdur" - ETİRAZ

Qüvvədə olan qanuna görə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına görə otuz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə bu məbləğin artırılması nəzərdə tutulur. Belə ki, fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 4000 manat məbləğində cərimə ediləcək. 

 

Cərimələrin artırılması müzakirə mövzusuna çevrilib. Təbii ki, ətraf mühitin təmizliyi üçün küçəyə zibil atılması yolverilməzdir.

 

Bəs ölkənin magistral yollarında, həmçinin prospektlər və küçələrdə sürücülərin zibili ata biləcəyi kifayət qədər konteyner və zibil qutuları varmı?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında “Azad İstehlakçıdlar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov cərimələrin bu qədər artırılmasının tərəfdarı olmadığını deyib:

 

“Bəli, ölkəmizdə zibilləri küçəyə atmaq mədəniyyətsizliyi mövcuddur. Öncə əhalinin mədəniyyəti dəyişməlidir. Lakin cərimə məbləği də çox artırılıb. Cərimələrin artırılması fonunda konteynerlərin qoyulmaması qəribə haldır. Təbii ki, ətraf mühitin təmizliyi üçün cərimələrin artırılmasının tərəfdarıyam, lakin onların effektli icra mexanizmi olmalıdır. Çox yaxşı olardı ki, bu işlə məşğul olan qurumlar kütləvi informasiya vasitələri ilə fəal işləsinlər”.

 

Onun sözlərinə görə, ölkə ərazisində kifayət qədər zibil qutusu və konteyner yoxdur:

 

“Parisdən də təmiz olan Bakı şəhəri get-gedə zibillərdən təmizlənir. Lakin hələ də zibil qutularının azlığı ilə bağlı problem mövcuddur. Dəfələrlə rayon yolunda zibil qutusu olmadığı üçün həmin zibilləri özümlə Bakıya gətirmək məcburiyyətində olmuşam. Bakıda hətta bəzi yerlərdə zibil qutuları özəlləşdirilib. Belə ki, Zooparkın yanında bir adam kafe açıb, zibil qutusu qoyub, başqası oraya zibil atanda onları təhqir edir”.

 

E.Hüseynov çayların çirkləndirilməsi ilə bağlı narahatlığını da ifadə edib:

 

“Ən narahat olduğum məsələlərdən biri də çayların çirkləndirilməsidir. Keçən həftə Masallı zonasında oldum. Viləşçaya o qədər tullantı atılıb ki, dəhşətli vəziyyətdədir. Mən məəttəl qaldım ki, buranın icra başçısı yoxdurmu? Şimal zonasında da bu problemlər yaşanır”.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi ərazilərdə leysan olacaq

Mayın 15-də gözlənilən hava şəraiti açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bakı və Abşe...

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

“Melissa Group”un rəhbəri həbsdən buraxıldı

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb.  ...