Baş prokurorluqdan sabiq gömrük əməkdaşları ilə bağlı AÇIQLAMA

Baş prokurorluqdan sabiq gömrük əməkdaşları ilə bağlı AÇIQLAMA

Baş prokurorluq sabiq gömrük əməkdaşları barəsində məlumat yayıb.

 

Qurumdan Sfera.az-a verilən məlumata görə, sözügedən şəxslər barəsində hökmlərdən kassasiya protestləri verilib.

 

“Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin sabiq əməkdaşı Orxan Zöhrabova Cinayət Məcəlləsinin 32.5,308.2 və 32.5,311.3.2-ci maddələri (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə və təkrar rüşvət almada köməkçi) ilə təqsirləndirildiyi cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 16.09.2024-cü il tarixli hökmü ilə bəraət verilməsi və Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun sabiq əməkdaşı Mirağa Ağayevin isə həmin Məcəllənin 308.2 və 311.3.1-ci maddələrilə (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 16.09.2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.03.2022-ci il tarixli bəraət hökmünün dəyişdirilmədən saxlanılması ilə bağlı oktyabrın 8-də dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib”, - prokurorluqdan bildirilib.

 

Günay

 

 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...