Prezident İlham Əliyev "Rebuild Karabakh" sərgisinin iştirakçılarına məktub ünvanladı

Prezident İlham Əliyev "Rebuild Karabakh" sərgisinin iştirakçılarına məktub ünvanladı

Prezident İlham Əliyev Bakıda keçirilən "Rebuild Karabakh" sərgisinin iştirakçılarına və qonaqlarına salamlama məktubu ünvanlayıb.

 

Sfera.az xəbər verir ki, məktubda qeyd olunub ki, ilk dəfə 2003-cü ildə təşkil olunmuş Xəzər İnşaat Həftəsi tikinti və infrastruktur sahəsində nüfuzlu tədbirlərdən birinə çevrilib: "Burada dünyanın müxtəlif ölkələrinə məxsus şirkətlər regionun biznes imkanları ilə tanış olur və yeni əməkdaşlıq fürsəti qazanırlar. Bu il dayanıqlı və ekoloji təmiz tikinti texnologiyalarının tətbiqi ilə bağlı keçirilən müzakirələr və təqdimatlar tədbirin beynəlxalq əhəmiyyətini daha da artırır.

 

"Rebuild Karabakh" sərgisi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər il keçirilən bu sərgidə müxtəlif layihələr nümayiş etdirilir, Qarabağın bərpasına və yenidən qurulmasına dair təşəbbüslər müzakirə olunur.

 

Builki sərgi məzmun və iştirakçılar baxımından yeniliklərlə zəngindir. Sərgi "Yaşıl dünya naminə həmrəylik ili" və COP29 beynəlxalq tədbiri ilə eyni dövrə təsadüf edir. "Rebuild Karabakh" sərgisi bu mötəbər tədbirlə ortaq məqsədə, yəni dayanıqlı inkişaf naminə əməkdaşlığa yönəlib. Sərgidə təqdim olunan ekspozisiyalar və müzakirə mövzuları bərpa-quruculuq işlərini, həmrəyliyi və ekoloji davamlılığı nəzərdə tutur.

 

Sərgidə dövlət və özəl sektorun birgə iştirakı yeni layihələrin həyata keçirilməsi, eləcə də biznes imkanlarının daha da artması üçün mühüm perspektivlər açır. Sərgi zamanı qurulan əməkdaşlıq və aparılan müzakirələr Qarabağda bərpa ilə bağlı uğurlu təcrübənin daha geniş miqyasda tanıdılmasında əhəmiyyətli addım olacaq.

 

Sizi sərginin bütün istiqamətləri ilə yaxından tanış olmağa, yeni ideyalar və əməkdaşlıqla bağlı fikir mübadiləsi aparmağa dəvət edirəm. Əminəm ki, bu sərgi daha faydalı iş birliyi əsasında Qarabağın dirçəlişində və dayanıqlı inkişafında mühüm fürsətlər yaradacaqdır.

 

Hər birinizə bu sərgidə uğurlar arzulayıram!"


OXŞAR XƏBƏRLƏR

Yeni açılmış yolda hərəkət məhdudlaşıdırılır

Böyükşor-Pirşağı yeni avtomobil yolunun 1,3-cü km-lik hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə Av...

Polis selə düşən uşağı belə xilas etdi - VİDEO

Hacıqabulda uşaq selə düşüb, polis xilas edib.   Sfera.az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə "TikTok" sosial şəbəkəsində görü...

Bakının mərkəzində məşhur restoran sökülür: Plana düşüb

Məşhur Şəki restoranı sökülür.   Sfera.az xəbər verir ki, Bakı şəhəri Nərimanov rayonunda yerləşən tanınmış "Şəki" restoranının sökünt...

“Google” bəzi işçilərini ixtisar edib - Say açıqlandı

ABŞ-nin texnologiya nəhəngi “Google” satış və tərəfdaşlıqlara cavabdeh olan qlobal iş bölməsində təxminən 200 nəfərin işinə son verib.  &nbs...

Bakıdan qayıdan İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var

Hacıqabulda "Mercedes Vito" markalı nəqliyyat vasitəsi qəzaya düşüb. Qəza zamanı nəqliyyat vasitəsində olan şəxslər müxtəlif dərəcəli bədən xəsarətlər...

"Heydər Əliyevin gördüyü işləri dərk etdik" - Fazil Mustafa

"Azərbaycanda yeniləşən tarixi şəxslərdən biri də Heydər Əliyevdir".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa ...