109 ildir buraya heç kəsə girişə icazə verilmir: “Qadağan olunmuş ada”


109 ildir buraya heç kəsə girişə icazə verilmir: “Qadağan olunmuş ada”

Bu gün dünyanın bir çox sirli yerləri turistik məkana çevrilsə də, Niihau adası bu qaydadan istisnadır. Havaydakı bu kiçik ada 100 ildən artıqdır ki, heç kimi qəbul etmir.

 

Bəs, görəsən, niyə?

 

Sfera.az bildirir ki, Niihau adasının bağlanmasının mənşəyi 19-cu əsrdə Havay adalarına köçən Şotlandiya ailəsinə gedib çıxır.
 

1863-cü ildə Elizabet Sinclair əri və uşaqları ilə Havayda məskunlaşıb. Kamehameha hökmdarının icazəsi ilə Niihau adasını 10.000 dollara satın alıblar.




Adanın yerli sakinləri burada qalsa da, xarici dünya ilə əlaqələr məhdud idi.


Adanın mülkiyyəti illər ərzində Sinclair ailəsindən Robinson ailəsinə keçib və 1915-ci ildə Audrey Robinson adanın qapılarını əbədi olaraq bağlayıb. Həmin tarixdən etibarən adaya yalnız dəvət olunmuş şəxslər qəbul edilib və heç bir kənar şəxs adaya girməyə cəhd etməyib.


Niihau adasının bağlı saxlanmasının bir neçə səbəbi var. İlk növbədə, adanın əsas məqsədi ənənəvi Havay həyat tərzini qorumaq və adanı xarici dünyanın təsirlərindən uzaq tutmaqdır.




Hələ də əsasən Havay dilində danışan ada müasir texnologiyadan və xarici dünyanın təzyiqlərindən qaçır. Burada internet, televiziya və radio yoxdur. Hətta alkoqol, tütün və odlu silah kimi məhsulların adaya daxil olması qadağandır.


Robinson ailəsi adanı bu şəkildə qoruyub saxlamaqda qərarlıdır və kənardan gələn qonaqların ada sakinlərini narahat edəcəyini düşünür.


Niihau adasına yalnız adanın sakinləri və ya Robinson ailəsinin üzvləri dəvət oluna bilər. Bundan başqa, turistlərin buranı yalnız helikopter turları ilə və ya dənizdən müşahidə edə biləcəyi “Qadağan olunmuş ada” olaraq qalır.




Adanın sakinləri kənd təsərrüfatı, balıqçılıq və ovçuluq etməklə dolanırlar. Adada asfalt yollar və elektrik xətləri yoxdur, günəş enerjisi bütün elektrik ehtiyaclarını ödəyir, qida və digər ehtiyaclar adaya dəniz və ya helikopterlə gətirilir.


Niihau adasının bağlı qalması zaman keçdikcə bir çox əfsanə və şayiələrin yaranmasına səbəb olub. Bəziləri iddia edir ki, Robinson ailəsi qazanc üçün adanı bağlı saxlayıb, yerli xalqı xarici aləmdən təcrid edərək istismar edib.




Ancaq adada yaşayanlar həyatın gözəl olduğunu və hər ehtiyacın təbii sərvətlər hesabına ödənildiyini bildirirlər.


Ada sakini Niihau fəlsəfəsini bu sözlərlə yekunlaşdırır: "Burada həyat yaxşıdır. Dəniz kənarına gedirsən və geriyə qayıdanda sadəcə ayaq izləriniz qalır".


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...