Kanada Hindistanın altı diplomatını ərazisindən çıxaracaq
Kanada hökuməti Hindistanın 6 diplomatını vətəndaşlarına qarşı törətdikləri qanunsuz hərəkətlərlə əlaqədar ölkədən çıxarmaq qərarına gəlib.
Sfera.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Xarici İşlər Nazirliyi bu gün açıqlayıb ki, Hindistanın altı diplomatı və konsulluq rəsmisi Hindistan hökuməti ilə əlaqəli agentlər tərəfindən Kanada vətəndaşlarına qarşı məqsədyönlü kampaniya ilə əlaqədar ölkə ərazisindən çıxarılma bildirişi alıb", - sənəddə qeyd olunur.
Bundan əvvəl Hindistanın Xarici İşlər Nazirliyi səfir səlahiyyətlərini icra edən Stüart Ross Uiler də daxil olmaqla altı kanadalı diplomatın, həmçinin onun müavini və dörd katibin ölkədən çıxarıldığını elan edib.
Xatırladaq ki, Hindistanın Xarici İşlər Nazirliyi dünən respublikanın Kanadadakı səfiri Sanjay Kumar Varma və bir sıra digər diplomatların təhlükəsizliyi ilə bağlı narahatlıqlarına görə geri çağırılması barədə qərar qəbul edib. (Report)